EN

Bakıda qardaşını qətlə yetirən şəxslə bağlı prokurorluqdan AÇIQLAMA



Bakıda qardaşı qətlə yetirməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılıb.

Bu barədə aia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Qismət Teymurov qardaşını odlu silahla güllələyərək qətlə yetirib.

aia.az



Chosen
12
19
aia.az

10Sources