EN

Zelenskinin maaşı açıqlandı


Ukrayna Prezidenti Volodimir Zelenskinin aylıq maaşı təxminən 28 000 (1100 manata yaxın) qrivnadır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat dövlət başçısının rəsmi saytında dərc olunub.
Zelenskinin 2025-ci il üçün gəlirinin prezidentlik maaşından, bank faizlərindən və daşınmaz əmlak kirayəsindən ibarət olduğu bildirilir.
Onun ümumi gəliri təxminən 7 milyon qrivnaya (270 min manatdan çox) çatır.
Digər tərəfdən, Ukrayna liderinin maliyyə aktivlərinin strukturunda kiçik dəyişikliklər edilib. Belə ki, bəyannamədə 595 000 dollar nağd pul, İsveçrə bank hesabına yatırılan 342 631 avro, eləcə də digər bank hesablarındakı qrivna, dollar və avro vəsaitləri göstərilir.
Chosen
11
1
yeniavaz.com

2Sources