"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Strategiyada öz əksini tapmış məlumatların müasir proqramlardan istifadə əsasında qiymətləndirilməsi və iqlim təsirlərinin proqnoz edilməsi, su mənbələrinin elektron geomodelləşdirilməsi, ekosistem (çay, göl, təbii və süni sututarlar) üzrə suya tələbatın müəyyənləşdirilməsi tədbirləri üzrə əsas icraçı qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADESA), digər icraçı qurum isə əksinə müəyyən edilib.
Bizim.Media