EN

Şağanda qardaş qardaşı buna görə öldürüb Təfərrüat

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Bakının Şağan qəsəbəsində baş vermiş qardaş qətlinin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az bildirir ki, Teleqraf-ın məlumatına görə, qardaşı Qismət Teymurov tərəfindən ov tüfəngi ilə öldürülən 1985-ci il təvəllüdlü Qamət Teymurov əvvəllər məhkumluq həyatı yaşayıb.

O, qəsəbə sakini Ayfər adlı şəxsi qətlə yetiribmiş.

Qamət azadlığa çıxandan sonra mərhum Ayfərin qardaşı onu ov tüfəngi ilə yaralayıb. Bu səbəbdən Qamət bir müddət xəstəxanada da müalicə olunub.

Qonşuların bildirdiyinə görə, iki qardaş arasında münaqişə isə Qamətin içki aludəçisi olması səbəbindən baş verib. Onların davası zamanı Qismət qardaşı Qaməti birgə yaşadıqları evdə ov tüfəngi ilə qətlə yetirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Qismət Teymurov saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
4
globalinfo.az

5Sources