EN

Kəşfiyyat bu məlumatları Trampa təqdim etdi: İran təslim olur?

ABŞ kəşfiyyat rəsmiləri Donald Trampa məlumat veriblər ki, onların qiymətləndirməsində İranın Vaşinqton administrasiyasının təhdidləri qarşısında təslim olmayacağı ehtimal olunur.

Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzetində dərc olunmuş məqalədə bildirilir.

Nəşrin mənbələrinə görə, kəşfiyyat analitikləri İranın münaqişədə üstünlüyə malik olduğuna inandığını və buna görə də ABŞ-ın güc təhdidlərinə cavab verməsi ehtimalının az olduğunu göstərən qiymətləndirmələr təqdim ediblər.

Nəşrin qeyd edir ki, ABŞ prezidenti müntəzəm olaraq İrana qarşı yeni təhdidlər irəli sürür, eyni zamanda Amerika tərəfi ilə İslam Respublikası hakimiyyəti arasında əlaqələrin davam etdiyini bəyan edir. Nəşr vurğulayıb ki, "İran Trampın demək olar ki, bütün iddialarını rədd edir".

Chosen
29
publika.az

1Sources