EN

Ağ Evdən qəribə Hörmüz açıqlaması: Ya İranın icazəsi, ya da beynəlxalq koalisiya…

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Prezident Donald Tramp həmişə diplomatiyaya üstünlük verib və ABŞ ilə İran arasında vasitəçilər vasitəsilə aparılan danışıqlar davam edir.

Ölkə.az  xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlamsında deyib.

İranı nüvə proqramına son qoymaq və dron və raket istehsalını dayandırmaq üçün konkret addımlar atmağa çağıran Rubio bildirib ki, İran qonşularını təhdid edən silah istehsalını dayandırmalı və terrorizmə dəstəyini dayandırmalıdır. “İranın buraxdığı qısa mənzilli raketlər yalnız bir məqsədə xidmət edir: Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreynə zərbə endirmək", - dövlət katibi vurğulayıb.

Rubio həmçinin ABŞ-ın İrandakı əməliyyatı başa çatdıqdan sonra Hörmüz boğazının yenidən açılacağını bildirib: "Hörmüz boğazı bu və ya digər şəkildə yenidən açılacaq. Hörmüz boğazı ya İranın icazəsi ilə, ya da ABŞ-ın da daxil olduğu beynəlxalq koalisiya vasitəsilə yenidən açılacaq".

 Rubio onu da əlavə edib ki,  İranın münaqişədən sonra Hörmüz boğazını bağlayacağı təqdirdə ağır nəticələrlə üzləşəcəyi ilə hədələyib.Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
1
olke.az

2Sources