EN

Heydər Əliyev prospektində qəza ANBAAN VİDEO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Milli.Az-a verilən məlumata görə, zəruri təhlükəsizlik tədbirləri görülmədən yolun hərəkət hissəsində dayanan avtomobil qəzaya səbəb olub. Hərəkətdə olan digər nəqliyyat vasitəsi dayanmış avtomobilə çırpılıb. Hadisə mərkəzin müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Qurum sürücülərə müraciət edərək xatırladıb ki, nasazlıq və ya digər məcburi səbəblərdən avtomobil yolun hərəkət hissəsində saxlanılarsa, dərhal təhlükəsizlik tədbirləri görülməlidir. Belə ki, nəqliyyat vasitəsi mümkün olduqda yolun kənarına çəkilməli, qəza siqnalları aktivləşdirilməli və ən azı 30 metr məsafədə qəza dayanma nişanı qoyulmalıdır.

Həmçinin vurğulanıb ki, sükan arxasında diqqətsizlik yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
6
news.milli.az

7Sources