Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxır.
Offsideplus.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda səfərdə Bolqarıstanın qonağı olacaq. Plovdiv şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Hazırda U-21 yığması B qrupunda 5 xalla 5-ci pillədədir. 10 xalı olan Bolqarıstan seçməsi isə 4-cü yerdə qərarlaşıb.