EN

Starmer Yaxın Şərqlə bağlı təcili müşavirə çağırdı

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və İsrailin İrana qarşı əməliyyatının iqtisadi nəticələrinə həsr olunmuş təcili müşavirə keçirəcək.

Bakıvaxtı.az "Sky News"a istinadən xəbər verir ki, Britaniya hökumətinin başçısı COBRA komitəsinin iclasını çağırır.

İclasda münaqişənin iqtisadiyyata təsirini müzakirə ediləcək.

Məlumata görə, görüşdə həmçinin vəziyyətin effektiv monitorinqi və nəzarətin təmin edilməsi məsələsi nəzərdən keçiriləcək.

Daha əvvəl Kir Starmer müharibənin nəticələrinin aradan qaldırılması üçün birgə səylərin vacibliyini bəyan edərək, hökumətin bunun öhdəsindən təkbaşına gələ bilməyəcəyini vurğulamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
3
bakivaxti.az

4Sources