EN

Trampın şok Ukrayna planı: Zelenskidən elə şey tələb etdi ki...

ABŞ prezidenti Donald Tramp və onun komandası Ukraynadakı müharibəni dayandırmaq üçün əsas şərtini irəli sürüb. Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin (USQ) Donbasdan tamamilə çıxarılmasını tələb edir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski danışıb.

Zelenskinin sözlərinə görə, Ağ Ev administrasiyası müharibənin həlli üçün Ukrayna qoşunlarının sözügedən ərazilərdən geri çəkilməsindən başqa heç bir variantı nəzərdən keçirmir.

Ukrayna lideri ABŞ tərəfi ilə aparılan danışıqların təfərrüatlarını da açıqlayıb. O bildirib ki, Mayamidə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşlər keçirilib. Lakin Zelenskinin qiymətləndirməsinə görə, bu müzakirələr hələlik heç bir müsbət nəticə verməyib.

Chosen
23
3
publika.az

4Sources