EN

"Fars körfəzində və ya bizdən min kilometr məsafədə təyyarədaşıyan gəmi yoxdur" - SEPAH

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini general-mayor Əli Fədəvi bildirib ki, ABŞ təyyarədaşıyan gəmiləri İran sahillərindən 1000 kilometr geri çəkildikdən sonra artıq Fars körfəzində yoxdur.

Redaktor.az xəbər verir ki, Fədəvi İran dövlət televiziyasında yayımlanan verilişdə deyib:

"Biz artıq minimum gücümüzdən istifadə etmişik və ABŞ bundan xəbərdar idi, ona görə də 1000 kilometr geri çəkildi. ABŞ üçün ən həssas nöqtə onun gəmiləridir. Fars körfəzində və ya bizdən min kilometr məsafədə təyyarədaşıyan gəmi yoxdur. ABŞ yalan siqnallar yaradır və onun gəmiləri iddia ediləndən daha uzaqdadır ki, bu da qüvvələrimizin tam hazırlığını nümayiş etdirir".

Aminə ŞAHSUVARQIZI

Chosen
12
2
redaktor.az

3Sources