EN

Türkiyə MN: 31 mart soyqırımı tarixə qara ləkə kimi düşüb

Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart soyqırımı ilə bağlı paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların xatirəsi yad olunub.

“Tarixə qara ləkə kimi düşən bu faciəli günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirildi. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq, unutdurmayacağıq! Şəhidlərimizi rəhmət və ehtiramla anırıq”, - paylaşımda deyilir.

Chosen
11
10
aznews.az

10Sources