EN

Azərbaycanda əmək miqrasiyası üzrə sazişlər hazırlanacaq

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanda əmək miqrasiyası sahəsində ikitərəfli sazişlərin hazırlanması nəzərdə tutulur.

"Report"un əldə etdiyi məlumata görə, eyni zamanda əməyin mühafizəsi sahəsində beynəlxalq standartlar əsasında yeni dövlət standartlarının təsdiq edilməsi planlaşdırılır. Bu prosesin cari ilin iyul ayına qədər yekunlaşdırılması gözlənilir.

Bundan başqa, işçilərin hüquqlarının qorunması məqsədilə "Əmək və məşğulluq" altsisteminin funksionallığının artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Özünüməşğulluq proqramı çərçivəsində mövcud dəstək mexanizmlərinin təkmilləşdirilməsi və ya yeni mexanizmlərin tətbiqi ilə bağlı təkliflərin hazırlanması da planlaşdırılır. Həmin tədbirlərin cari ilin sonuna qədər icrası nəzərdə tutulur.

Bütün tədbirlərin icrasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
5
cebheinfo.az

6Sources