EN

Pakistanda silahlılar qaz kəmərini partladıblar  

Pakistanın qərbindəki Harnai şəhərində silahlıların qaz kəmərini partlatması nəticəsində Bəlucistan əyalətinin və onun inzibati mərkəzi Kvetta şəhərinin qaz təchizatı qismən pozulub.

AZƏRTAC xəbər verir ki, “The Express Tribune” qəzetinin müvafiq qurumlara istinadla yaydığı məlumata görə, partlayış yerli enerji şirkəti “Sui Southern Gas Company”yə məxsus qaz kəmərinə ziyan vurub.

Şirkətin nümayəndəsi məlumatı təsdiqləyərək bildirib ki, hadisə yerinə gələn mütəxəssislər qaz nəqlini dayandırıb və yanğını söndürüblər. Lakin boru kəməri tamamilə sıradan çıxıb. Silahlılar diametri 45 santimetr olan borunun altına qoyulmuş partlayıcı qurğunu işə salıb və qaz kəmərinin bir hissəsini məhv ediblər.

Partlayış böyük yanğına və yerli sakinlər arasında çaxnaşmaya səbəb olub. Polis ərazini mühasirəyə alıb və araşdırmaya başlayıb.

Chosen
29
2
azerbaijan-news.az

3Sources