EN

Müharibə başlayandan sonra İran hökuməti yeraltına enib

Müharibənin başlamasından sonra İranda hökumətin ilk iclasının bunkerdə keçirildiyi iddia edilir.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, İran mediasında yayımlanan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Dünən İranın hökumətə yaxın media resursları ölkə prezidenti Məsud Pezeşkianın iştirakı ilə Nazirlər Kabinetin ilk iclasının fotosunu yayımlayıb. Fotoda nazirlərin qapalı, yeraltı sığınacağa bənzər məkanda toplandığı görünür.

Görüntüdəki məkanın bunker və ya təhlükəsizlik məqsədi ilə hazırlanmış sığınacaq olması ehtimalı sosial media istifadəçilərinin diqqətini cəlb edib. İstifadəçilər bunun İran hakimiyyətinin mümkün hava zərbələri və təhlükəsizlik risklərinə görə yeraltı məkanlara çəkildiyini göstərdiyini qeyd edirlər.

Musavat.com

Chosen
15
40
musavat.com

10Sources