EN

Britaniyadakı ABŞ rəsmilərinin artıq gizli görüşlərə icazəsi yoxdur - KİV

Böyük Britaniyada London və Vaşinqton arasındakı gərginlik fonunda Amerika rəsmilərinin məxfi məlumatların müzakirə olunduğu görüşlərə qatılması getdikcə daha çox qadağan olunur.

Redaktor.az xəbər verir ki, bu, barədə "Financial Times" qəzeti məlumat yayıb.

Mart ayında ABŞ rəsmiləri Britaniya Baş naziri Kir Starmerin İrana qarşı hərbi münaqişədə amerikalılara kömək etməkdən imtina etməsinə görə məyusluqlarını ifadə ediblər.

Ağ Ev qeyd edib ki, britaniyalı siyasətçi "təəssüf ki, Uinston Çörçill deyil".

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu açıqlama ilə razılaşaraq bildirib ki, "Starmer Çörçill deyil", Fransa prezidenti Emmanuel Makron isə "Şarl de Qoll deyil".

Aminə ŞAHSUVARQIZI

Chosen
11
1
redaktor.az

2Sources