Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə "Asiya Qran Pri 2026" beynəlxalq turniri keçirilib.
"Far.Az"un Gənclər və İdman Nazirliyinə istinadən məlumatına görə, 55-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan yığmasının üzvü Kənan Həsənzadə uğurla çıxış edib.
O, "Backgammon" (Blitz) kateqoriyasında 256 iştirakçı arasında hamını qabaqlayaraq qızıl medal qazanıb.