İranın Mərkəzi əyalətində yaşayış məntəqələrinə təşkil edilən ABŞ–İsrail hücumu nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, İranın yarı rəsmi xəbər agentliyi ISNA-nın məlumatına görə, ABŞ–İsrail qüvvələri gecə saatlarında Mərkəzi əyalətin Məhəllə rayonunda yaşayış məntəqələrinə hücum həyata keçirib. Mərkəzi əyalətinin vali müavini Həsən Qəməri bildirib:
“Dünən gecə hücum nəticəsində 11 nəfər şəhid olub, 15 nəfər yaralanıb”.
O əlavə edib ki, birbaşa hücuma məruz qalan 3 yaşayış məntəqəsində ciddi dağıntılar var. Hücum zamanı 4 ev tamamilə dağıdılıb, digər 4 ev isə ağır zərər görüb.