Bakı. Trend:
Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) rəsmi olaraq qeydiyyatdankeçmiş ilk Çin şirkəti olan “Sunsync”yə ƏAİZ-də Günəş elektrikstansiyasının (GES) tikintisi üçün ərazi təklif olunub.
Bunu Trend-əözəl müsahibəsində Ələt Azad İqtisadi Zonasının (ƏAİZ)Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovdeyib.
O bildirib ki, sözügedən Çin şirkəti əvvəlcə öz qabaqcıltexnologiyaları və innovasiya imkanlarını Azərbaycana gətirərərək,ƏAİZ-də 23 hektarlıq günəş paneli istehsalı müəssisəsiniquracaq:
“İstehsal edilən məhsulların əksər hissəsi ixrac olunacaq. Çünkiistehsal həcmi çox böyük olacaq. İlk gündən məqsəd ondan ibarətdirki, tək Azərbaycan bazarı yox, dünya bazarına çıxaq. Təbii ki, ƏlətAzad İqtisadi Zonasında Çin şirkəti tərəfindən istehsal ediləcəkgünəş panellərindən Azad Zonada tikilən müəssisələrin damınınörtülməsində də istifadə etməyi investorlara tövsiyə edirik. Eynizamanda, əlbəttə ki, həmin şirkət Azərbaycanda keçiriləcək bütüntenderlərdə panellərin satışında iştirak edəcək”.
V. Ələsgərov vurğulayıb ki, Çin şirkəti ƏAİZ-də sözügedənməhsulların istehsalına başladıqdan sonra Günəş elektrikstansiyaları inşa edən şirkətlər üçün panelləri buradan almaq daharahat və əlverişli olacaq:
“Biz “Sunsync” şirkətinə Günəş elektrik stansiyası tikmək üçündə ərazi verməyə hazır olduğumuzu bildirmişik. Yəni sözügedən Çinşirkəti üçün Ələt Azad İqtisadi Zonasında istehsal edəcəyi günəşpanellərindən istifadə etməklə Günəş elektrik stansiyası tikərək,oradan əldə olunacaq “yaşıl enerji"ni ƏAİZ-də çalışan şirkətlərəsatmaq imkanı yarana bilər”.
Sədr eyni zamanda digər layihə üzərində də çalışdıqlarınıdiqqətə çatdırıb:
“Bu, külək elektrik stansiyalarının (KES) istehsalı iləbağlıdır. ƏAİZ-də KES-lər üçün pərlər və digər zəruriavadanlıqların istehsalı üzrə müəssisənin inşası üçün bir neçəşirkətlə danışıqlar aparılır. Belə ki, ƏAİZ-də külək elektrikstansiyaları üçün lazım olan avadanlıqların istehsalı istehsal vəinşaat xərclərini azaldacaq, eyni zamanda külək elektrikstansiyaları avadanlıqlarının daşınması üçün yaranan nəqliyyat vəlogistika çətinliklərini aradan qaldıracaq.
Paralel olaraq artıq ağır sənaye üçün ayrılmış ərazidə inşaatişlərinə başlamışıq. 364 hektarda torpaq işlərini bitirmişik. Buil, başqa infrastruktur işlərinə də başlamağı planlaşdırırıq. Ağırsənaye üçün ayrılmış ərazinin daxilində işlər Səlahiyyətli Qurumtərəfindən aparılacaq. Ərazi xaricində isə yaxın zamanda“Azərenerji” böyük bir yarımstansiya tikintisi işlərinəbaşlayacaqdır. Bununla yanaşı digər dövlət qurumları dainfrastruktur işlərini aparacaqlar. Artıq çox müsbət bir haldır ki,ağır sənaye üçün ayrılmış ərazidə fəaliyyət göstərmək məqsədiləmüraciətlər daxil olur. Yaxın zamanda Ələt Azad İqtisadi Zonasındaböyük müəssisələrin yaradılması ilə bağlı layihələri elanedəcəyik”.