
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "E-3 Sentry" (AWACS) uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarəsinin sıradan çıxarılması İran tərəfindən gələn təhlükələrin müəyyən edilməsini çətinləşdirə bilər.
AFN.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu tipli təyyarələr 12 min kvadrat milədək ərazidə hava müşahidəsi aparmaq imkanına malikdir. Hərbi analitiklərin fikrincə, 17 belə təyyarədən ibarət donanma ABŞ üçün mühüm strateji üstünlükdür. Qeyd olunur ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə zədələnmiş təyyarənin görüntüləri yayılmağa başlayıb və CNN həmin təyyarələrin Səudiyyə Ərəbistanının mərkəzi hissəsindəki aviabazada yerləşdiyini müəyyən edib.
ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki, hərbi ekspert Sedrik Leyton CNN-ə müsahibəsində bildirib ki, AWACS-ın itirilməsi ABŞ-ın müşahidə imkanlarına vurulan ağır zərbədir.
Xatırladaq ki, martın 27-də İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına endirdiyi zərbə nəticəsində "Boeing E-3 Sentry" təyyarəsinin ciddi zədələndiyi barədə məlumatlar yayılıb.