EN

İzaholunmaz doğmalıq, misilsiz istedadsızlıq Orxan Saffari yazır…

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda elə aktyorlar var, tamaşaçılar onların simalarını çox gördüyü, hansısa səbəbdənsə doğma hiss etdiyi üçün sevir.

O simalar birinə atasını xatırladır, birinə babasını, birinə də məhəllə ağsaqqalını.

Üstəlik, həmin aktyorlar bir zamanlar yaxşı filmlərdə olduğu üçün, hazırlıqsız tamaşaçı onun əsl yerini müəyyən etməkdə çətinlik çəkir.

Məsələn, simasında izaholunmaz doğmalıq, gözlərində isə misilsiz istedadsızlıq olan Şamil Süleymanov kimi.

Əlbəttə, Şamil Süleymanovu tanıdan ortabab rollar var.

Məsələn, Baladadaşın İlk Məhəbbəti filmindəki “Baladadaş” obrazı, Bəyin Oğurlanmasındakı “Həsən” rolu, Babamızın Babasının Babasında “Əziz” rolu və s.

Fikrimcə, Şamil Süleymanovu bu və digər bəzi filmlərdə göstərə bilən məsələ öz istedadı, performansı yox, məhz filmlərin yaxşı olmağıdır.

Məsələn, hərdən belə də olur ki, çox yaxşı bir filmdə zəif aktyorun performası da böyük görünür, yəni zəif aktyor sadəcə ümumi yaxşının içində yaxşı görünür.

Bu mənada, ayrılıqda baxsaq, yerdə Şamil Süleymanovun nurani simasından başqa heç nə qalmır.

Hazırlıqsız tamaşaçı üçün pis aktyoru tanıya bilməyin Saffari formulu:

Sovet dövründə parlayan, indi guya korifey sayılan aktyor və aktrisalarımız müasir filmlərdə oynayanda aydın olur ki, əslində, onların çox da ciddi bir istedadı yoxdur. Sadəcə, dövrün tələbləri, dövrün təfəkkürü onları böyük göstərib.

Məsələn, Şamil Süleymanovun “Ata ocağı”, “Ay Briliant” və digər bənzəri seriallarda olan rolları hər şeyi sübut edir.

Yaxşı, bəs necə olur ki, bu guya böyük, istedadlı adamlar müasir filmlərdə özlərini göstərə bilmirlər? Nə mane olur?

Film və seriallar pisdirsə, niyə çəkilirlər? Hətta yaxşı müasir filmlərdə çəkilən bu guya korifey sənətkarlar gənc aktyorların kölgəsində qalırlar.

Bu səbəbdir ki, Sovetlərdən sonra Şamil Süleymanovun heç bir rolu alınmayıb.

Demək, məsələ Şamil Süleymanov yox, dediyimiz digər məsələlərdir, görülən işlərin yaxşı olmağıdır.

Bu gün hətta bir çox müasir filmlərin pis alınmasının səbəbi məhz elə Şamil Süleymanovlardır.

Bu yerdə isə gənc rejissorlar bu guya korifey sənətkarların simasından qorxmamalı, onları çəkməkdən imtina etməlidir. Onların simasının gətirəcəyi tamaşaçı qalıcı deyil.

Şamil Süleymanovun siması həm də verilişlərdən tanışdır.

Dindirsən, deyəcək ki, efirlərimiz pis gündədir, ancaq özü Zaurun verilişdə görünürdü. Bəs buna nə ehtiyac var idi?

Nəyi çatmır Şamil Süleymanovun ki, ömrün ahıl çağında Zaurun verilişdə oturur?

Bir sözlə, Şamil Süleymanov kimi simalar əslində tamaşaçının emosional yaddaşı ilə işləyir, sənət meyarları ilə yox.

Əlbəttə, ortada siz deyən böyük sənət meyarları da yoxdur. Ancaq bu, yenə də deyilənlərin həqiqət olmamasına, məhz bu cür olmalı olmağına dəlalət etmir.

Təcrübə göstərir ki, ən əlverişsiz mühitdə belə aktyorlar yetişib, inkişaf edib.

Ancaq məhz Şamil Süleymanov artıq tamaşaçı üçün heç nə ifadə etmir.

O, sadəcə bir nostaljidir, keçmişə baxışdır.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
icma.az

1Sources