ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İsmayıllıda ağır avtomobil qəzası baş verib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb.
Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər – 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı uşaq ölüb.
Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.