EN

İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Ana və 3 yaşlı qızı öldü

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az-ın məlumatına görə, hadisə bu gün saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində vəfat edib.

Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Chosen
8
17
news365.az

10Sources