EN

Tramp 6 aprelə qədər İranla müharibəyə son qoymaq istəyir - Ağ Evin mətbuat katibi

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə İranla müharibəyə son qoymaq üçün razılığa gəlmək istəyir.

Herbiand.az xəbər verir ki, bunu mətbuat konfransında Ağ Evin mətbuat katibi Kerolin Levit bildirib.

Levittdən Trampın əvvəllər İrana razılığa gəlmək üçün daha on gün vaxt verən 6 aprel son tarixi barədə soruşulub. "O, növbəti on gün ərzində razılığa gəlmək istəyir. Vaxt azalır. Bir neçə gün qalıb... Görəcəyik ki, bu on günlük müddətdən sonra nə olacaq", - Ağ Evin mətbuat katibi bildirib.

Chosen
44
12
herbiand.az

10Sources