EN

UEFA Millətlər Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək

BAKI, 31 mart. TELEQRAF

Bu gün UEFA Millətlər Liqasında C və D divizionlarının son iki iştirakçısını müəyyənləşdirmək üçün pley-off oyunlarının cavab qarşılaşmaları keçiriləcək.

Teleqraf xəbər verir ki, Latviya millisi Cəbəllüttariqlə, Lüksemburq yığması isə Malta ilə qarşılaşacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Martın 26-da baş tutan Cəbəllüttariq - Latviya oyunu 0:1, Malta - Lüksemburq oyunu isə 0:2 hesabı ilə bitib.

Qeyd edək ki, Cəbəllüttariq - Latviya matçının qalibi C liqasının ikinci, məğlubu D liqasının birinci qrupunda çıxış edəcək. Malta - Lüksemburq oyunun qalibi C liqasının 4-cü, məğlubu isə D liqasının 1-ci qrupunda mübarizə aparacaq.

Chosen
9
10
teleqraf.com

10Sources