EN

Finlandiya Ukrayna pilotsuz aparatlarının düşməsi ilə bağlı mövqeyini açıqladı

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Finlandiya hakimiyyəti Ukraynadan Rusiyanın neft sektoruna dron hücumlarını dayandırmağı və ya azaltmağı tələb etməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yle" kanalına müsahibəsində ölkənin xarici işlər naziri Elina Valtonen bildirib.

“Finlandiyanın belə bir tələbi yoxdur. Lakin əlbəttə ki, finlərin təhlükəsizliyini təmin etməliyik”, - deyə nazir vurğulayıb.

Valtonen əlavə edib ki, Ukraynanın özünü müdafiə etmək hüququ var: “Ukraynaya Rusiyada hansı hədəflərə təsir göstərməyə çalışacağı ilə bağlı heç bir tələblər irəli sürmürük”, - deyə o əlavə edib.

Nazirin açıqlaması Ukrayna Prezidenti Vladimir Zelenskinin bir neçə müttəfiqdən Rusiyanın neft sektoruna hücumların azaldılması ilə bağlı “siqnallar” aldığını bildirməsindən sonra verilib. Valtonen qeyd edib ki, Finlandiya hazırda pilotsuz aparatlara qarşı müdafiə sistemi üzərində işləyir və yaxın aylarda onu işə salmağı planlaşdırır.

Martın 29-u səhər saatlarında Finlandiya ərazisində iki pilotsuz aparat düşüb və hakimiyyət bunlardan birinin Ukraynaya aid olduğunu təsdiqləyib. Valtonen bildirib ki, bu insident ölkədə təhlükəsizlik vəziyyətini əhəmiyyətli dərəcədə dəyişməyib.

Nazir vurğulayıb ki, Finlandiyaya qarşı qəsdən düşmənçilik hərəkətləri yoxdur və dronlar təsadüfən əraziyə düşüb: “Ukraynalılarla müzakirələrimizin başlanğıc nöqtəsi budur ki, belə olmamalıydı. Finlandiyanın güclü silahlı qüvvələri və təhlükəsizlik orqanları var. Finlandiyanı yaşamaq üçün təhlükəsiz ölkə etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, martın 29-u səhər Finlandiya ərazisində iki pilotsuz aparat düşdüyü qeyd olunub və hakimiyyət onları “Ukrayna mənşəli guman edilir” deyə dəyərləndirib. Finlandiya Prezidenti Aleksandr Stubb təsdiqləyib ki, dronlardan biri həqiqətən Ukraynanın olub, lakin əhalini təşvişə salacaq səbəb yoxdur.

Müdafiə Nazirliyi bildirib ki, dronlar çox aşağı hündürlükdə uçurub və onların havada izlənməsi üçün F/A-18 Hornet qırıcısı havaya qaldırılıb.

Xatırladaq ki, martın 29-u gecə Ukrayna həftə ərzində ikinci dəfə Baltikdə Rusiya üçün strateji əhəmiyyətə malik “Ust-Luq” limanındakı neft terminalına hücum edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
icma.az

1Sources