EN

Ərdoğan İraq Kürdüstan Regionunun başçısı ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki,  bu barədə Türkiyə Prezident Administrasiyasının "X"dəki hesabında məlumat yayılıb.

 

Qeyd olunub ki, söhbət zamanı bölgədəki münaqişə və son hadisələr müzakirə edilib. Ərdoğan Bərzaninin iqamətgahına edilən hücumdan narahatlıq ifadə edib.

 

"Ərdoğan Türkiyənin bu və bənzər hücumların daim qarşısında olduğunu, bölgədə yaşanan münaqişələrin bir an əvvəl dayandırılmalı olduğunu vurğulayıb", - məlumatda bildirilib.

 

Qeyd edək ki, rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə hücumdan sonra araşdırma aparılması barədə göstəriş verib.




Chosen
19
9
senzor.az

10Sources