EN

Gözü ağrıdığı üçün həkimə getdi, gerçəyi biləndə heyrətləndi FOTO

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Rusiyanın Çuvaşıstan Respublikasının Çeboksarı şəhərinin həkimləri xəstənin gözündən təxminən 20 santimetr uzunluğunda canlı qurd çıxarıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Svyatoslav Fyodorov adına Göz Mikrocərrahiyyə Mərkəzinin oftalmoloqları məlumat yayıblar.

Bildirilib ki, Ulyanovsk vilayətinin 52 yaşlı sakini tibbi yardım üçün müraciət edib. O, yuxarı göz qapağının altında şişkinlikdən şikayətlənib və bunu “şiş” adlandırıb. Həkimlər orada lobya ölçüsündə bir kütlə aşkar ediblər.

Daha sonra xəstənin gözündən 20 sm-lik paraziti çıxarıblar. Məlum olub ki, parazit təxminən bir ildir göz qapağının dərisi altında yaşayırmış. Xəstənin sözlərinə görə, yayda damda işləyərkən göz nahiyəsində ağcaqanad sancması hiss edib. Daha sonra həmin yerdə tədricən böyüyən bir ləkə peyda olub.

Həkimlər qeyd edirlər ki, dirofilariaz adlı bu parazit bütün bədən boyunca hərəkət etmək qabiliyyətinə görə təhlükəlidir. O, beyin də daxil olmaqla, digər toxuma və orqanlara nüfuz edə bilər.

Əməliyyatdan sonra xəstəyə iltihab və parazit əleyhinə terapiya təyin edilib.

Mütəxəssislər bildirirlər ki, həşərat dişləməsindən sonra bədəndə hərəkətli şişlər əmələ gələrsə, dərhal həkimə müraciət etmək lazımdır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
globalinfo.az

1Sources