"Bavariya"nın müdafiəçisi Rafael Gerreyru mövsümün sonunda Münhen klubunu tərk edəcək.
Bizim.Media xəbər verir ki, 2025/2026 mövsümü başa çatdıqdan sonra portuqaliyalı futbolçu azad agent statusu ilə komandadan ayrılacaq.
Futbolçu və klub rəhbərliyi müqavilənin müddətinin uzadılmaması barədə qarşılıqlı razılığa gəliblər.
Qeyd edək ki, Rafael Gerreyru 2023-cü ilin yayında Dortmund "Borussiya"sından transfer olunduqdan sonra "Bavariya"nın şərəfini qoruyur.
Münhen klubunun heyətində 89 matça çıxan futbolçu bu oyunlarda 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media