EN

"Bloomberg": Avropaya dizel yanacağı daşıyan dörd tanker marşrutlarını dəyişib

ABŞ-dən Avropaya dizel yanacağı daşıyan dörd tanker Atlantik okeanında marşrutlarını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Vortexa" analitik şirkətinin və naviqasiya sistemlərinin məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, "Grand Ace" gəmilərindən biri Toqo sahillərində yerləşir, digər üç gəmi isə ilkin marşrutundan cənub-şərqə, Amsterdama doğru gedir.

"Vortexa"nın məlumatına görə, tankerlər ümumilikdə təxminən 1,2 milyard barel dizel yanacağı daşıyır. "Bloomberg" hesab edir ki, marşrutlardakı dəyişiklik enerji qiymətlərinin yüksəlməsi və yanacaq təchizatı uğrunda rəqabətin artması ilə əlaqədardır.

Chosen
74
far.az

1Sources