UEFA Millətlər Liqasında yığmamızın rəqibi olan komandalar növbəti oyununu keçirib.
Həm Litva, həm də Lixtenşteyn məğlub olub.
Sportinfo.az xəbər verir ki, Litva Gürcüstan millisini qəbul edib.
Kaunasda keçirilən qarşılaşma gürcülərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonşularımızın heyətində Georges Mikautadze dubl edib.
Litvalılar 3 gün öncə səfərdə Moldovaya 2:0 hesabı ilə qalib gəlmişdi.
Digər rəqibimiz Lixtenşteyn yığması isə Ruandada keçirilən “FİFA Series” turnirində final görüşünə çıxıb. Həlledici matçda Aruba ilə qarşılaşan avropalılar 1:4 hesabı ilə yenilib.
Komandamız Millətlər Liqasında Litva ilə sentyabrın 27-də səfərdə, oktyabrın 4-də isə öz meydanında qarşılaşacaq. Lixtenşteyni oktyabrın 1-də qəbul edib, noyabrın 13-də onlara qonaq olacağıq.