EN

Bələdiyyə sədri həbs edildi: rüşvətxorluq, tenderlərdə saxtakarlıq...

Türkiyədə Uşak bələdiyyə sədri Özkan Yalım həbs edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bələdiyyə sədri rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və tenderlərə saxtakarlıq qarışdırmaq maddələri üzrə ittiham olunur.

Hakim qarşısına çıxarılan Ö.Yalımın həbsinə qərar verilib. Onunla yanaşı, daha 8 şübhəli şəxs həbs edilib.

Chosen
7
4
publika.az

5Sources