EN

Bu gündən bütün məktəblərdə dərs başlayır

Bu gün Novruz və Ramazan bayramları ilə əlaqədar istirahət günlərindən sonra beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günüdür.

Publika.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 28 mart tarixinə təsadüf edib.

Qeyd edək ki, Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlamışdı.

Chosen
12
38
publika.az

10Sources