EN

Müharibə başlayandan Hörmüz boğazından gəmilərin tranziti 95% azalıb



ABŞ-İsrail hərbi əməliyyatının başlamasından bəri Hörmüz boğazından gündəlik gəmi tranziti 95%-dən çox azalıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu rəqəmlər Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, Hörmüz boğazından gəmiçilik iflic vəziyyətindədir. Tranzit trafik 95%-dən çox azalıb ki, bu da enerji və gübrə təchizatında fasilələrə səbəb olub.

Təşkilatın məlumatına görə, martın əvvəlində boğazdan gündəlik tranzit 10 gəmidən çox olmayıb, fevralın son həftəsində isə bu rəqəm orta hesabla 103 olub.

Anar
Chosen
104
4
newscenter.az

5Sources