EN

İsrail bəzi fələstinlilər üçün ölüm hökmü qanununu qəbul etdi


İsrail Knesseti (parlament) terrorizmdə təqsirli bilinən şəxslərə ölüm cəzası nəzərdə tutan qanun qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yediot Ahronot” məlumat yayıb.
Mübahisəli qanun üçüncü oxunuşda lehinə 62, əleyhinə isə 48 səs alıb.
Qanun layihəsi milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ifrat sağçı “Otzma Yehudit” partiyası tərəfindən hazırlanıb.
İsrail Baş naziri Benyamin Netanyahu təşəbbüsü dəstəkləyib. Parlamentdə bu məsələ ilə bağlı müzakirə təxminən 12 saat davam edib.
Qanunda terror hücumu zamanı qəsdən adam öldürən terrorçunun ölüm cəzasına məhkum ediləcəyi nəzərdə tutulur.
Cəza asılmaqla icra ediləcək və edam hökmdən sonra 90 gün ərzində həyata keçiriləcək.
Qanunda hakimin qərar qəbul edərkən ölüm cəzası ilə ömürlük həbs cəzası arasında seçim edə biləcəyi nəzərdə tutulur (qanunun ilk versiyasında yalnız edam cəzası nəzərdə tutulmuşdu). Bildirilib ki, hərbi məhkəmələr tərəfindən terrorizmdə təqsirli bilinən İordan çayının qərb sahili sakinləri yalnız ölüm cəzasına məhkum ediləcəklər.
Chosen
37
1
yeniavaz.com

2Sources