EN

Bu gündən bayramlardan sonra bütün məktəblərdə dərs başlayır

Bakı. Trend:

Bu gün Novruz və Ramazan bayramları ilə əlaqədar istirahətgünlərindən sonra beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsilmüəssisələrində ilk dərs günüdür.

Trend Məktəbəqədərvə Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki,altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrindəisə bayramdan sonra ilk dərs günü 28 mart tarixinə təsadüfedib.

Qeyd edək ki, Novruz və Ramazan bayramları ilə əlaqədar martın20-dən ümumi təhsil müəssisələrində tətil başlayıb.
Xatırladaq ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günlərikimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiqolaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 marttarixləri də qeyri-iş günü hesab olunur.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri iləüst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-işgünü sayılır. 28 və 29 mart tarixləri də müvafiq olaraq həftəninşənbə və bazar gününə təsadüf edir.
Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günü olub.

Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla)ölkədə ardıcıl 11 gün qeyri-iş günü olub.

Chosen
18
13
az.trend.az

10Sources