İranla razılaşma əldə edilməsə, Fars körfəzindəki Hark adası, elektrik stansiyaları və neft quyuları məhv ediləcək.Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O sosial mediasında paylaşımında bildirib ki, ABŞ İrandakı hərbi hücumlarına son qoymaq üçün yeni və daha uyğun rəhbərliklə danışıqlar aparır. Tramp danışıqlarda böyük irəliləyiş əldə edildiyini iddia edib. Tramp, "Lakin, əgər hər hansı bir səbəbdən tezliklə razılaşma əldə edilməsə, çox güman ki, olacaq və Hörmüz boğazı xidmətə açılmayacaqsa bütün elektrik stansiyalarını, neft quyularını və Hark adasını partlatmaqla və tamamilə məhv etməklə İrandakı gözəl varlığımıza son qoyaracağıq”, - deyə bildirib.