İsrail parlamenti fələstinli məhbuslar üçün ölüm hökmünü üçüncü oxunuşda təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Knesset üzvü Limor Son Har-Melech tərəfindən irəli sürülən və milli təhlükəsizlik naziri İtamar Ben-Gvir tərəfindən təqdim edilən qanun layihəsi ikinci və üçüncü oxunuşlarda qəbul edilib.
Qanuna görə, hökm asılmaqla icra ediləcək. Qanunun icra müddəti 90 günə qədərdir və bağışlanma ehtimalı istisna olunur.