EN

Maskaları düşdü Aramızda gəzən psixopatları ələ verən əlamət...

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Simasına baxanda son dərəcə nəzakətli, uğurlu və ya sadə insan təsiri bağışlaya bilərlər. Amma, artıq maskalana bilməyəcəklər.Demokrat.az xəbər verir ki, elm dünyası cəmiyyət arasına qarışmış "gizli psixopatları" aşkar etmək üçün inqilabi addım atıb. MR cihazı vasitəsilə aparılan beyin dalğaları və struktur analizləri qorxulu həqiqəti gün üzünə çıxarıb. Məlum olub ki, o soyuqqanlı maskanın altında tamamilə fərqli bioloji mexanizm dayanır.Alimlər cəmiyyətdə fərq edilmədən yaşayan bu şəxsləri müəyyən etmək üçün yüksək psixopatiya əlamətləri göstərən fərdlərin beyin funksiyalarını ən incə detalına qədər skan ediblər. Nəticələr sübut edib ki, bu şəxslərin təkcə xarakterləri deyil, beyin strukturları da adi insanlardan fərqlidir. Tədqiqatın ən diqqətçəkən məqamı empatiya, qorxu və günahkarlıq hisslərini idarə edən bölgələrdə ortaya çıxıb. Normal insanda başqasının ağrısını gördükdə işə düşən neyronlar psixopat fərdlərdə səssiz qalır.MR görüntüləri bu şəxslərin beynindəki mükafat mexanizminin həddindən artıq aktiv olduğunu, mənfi nəticələri isə tamamilə görməzdən gəldiyini göstərir. Onlar başqalarının duyğularını hiss etmək əvəzinə, bu hisslərdən alət kimi istifadə etməyə proqramlaşıblar. Məhz bu səbəbdən kənardan çox cazibədar və inandırıcı görünə bilirlər.Araşdırmaçılar xəbərdarlıq edir ki, psixopatiya sadəcə xarakter pozuntusu deyil, həm də neyroloji vəziyyətdir. Gələcəkdə bu tip şəxsiyyət pozuntularının daha erkən müəyyən edilməsi mümkün olacaq.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
demokrat.az

1Sources