EN

Zabrat qəbristanlığına yağıntıdan ziyan dəyibVİDEO

Küçə və prospektlərin ardınca qəbirstanlıq da suya qərq oldu.

Xezerxeber.az xəbər verir ki, ərazidə yaşayanların sözlərinə görə, yağışların intensiv olması səbəbindən qəbirstanlıq bu vəziyyətə düşüb.

Sakinlər bildirir ki, qəsəbədə kanalizasiya sistemin olmaması səbəbindən həm küçlər, həm də qəbirstanlıq yağışlardan sonra bu vəziyyətə düşüb.

Qəbirtsanlığın gözətçisi də hazırda əraziyə nasosların qoyulduğunu və suyun çəkilməsi işlərinin görüldüyünü bildirib.

Məsələ ilə bağlı Zabrat Bələdiyyəsindən bildirilib ki, qəbirstanlığın sudan təmizlənməsi istiqamətində işlər davam etdirilir.

Bələdiyyədən o da bildirilib ki, hazırda nasoslar tam işlək vəziyyətdədir və tez bir zamanda ərazinin təmizlənməsi işlərinin bitməsi planlaşdırlır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
23
1
xezerxeber.az

2Sources