Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Riverdeyl" serialı ilə tanınan 25 yaşlı aktrisa Alea O'Şi ağır xəstəliyə yaxalandığını açıqlayıb. Aktrisa öz sosial media hesabında beyin xərçəngindən əziyyət çəkdiyini bildirib.Demokrat.az xəbər verir ki, Alea O'Şi ötən ilin noyabr ayından bəri xəstəliklə mübarizə aparır.Müalicə xərclərinin bir hissəsi tibbi sığorta tərəfindən qarşılanmadığı üçün o, pərəstişkarlarından yardım istəmək məcburiyyətində qalıb. Aktrisanın ailəsinin bütün xərcləri ödəməyə maddi imkanı çatmadığı qeyd olunur. Yaxınlarının verdiyi məlumata görə, gənc ifaçı yaxın vaxtlarda növbəti dəfə əməliyyat olunmalıdır.
Qeyd edək ki, Alea O'Şi "Görünməz", "Sissi", "Baronlar" və "Kunq-fu" kimi bir çox məşhur layihələrdə müxtəlif rollar ifa edib.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.