EN

Kəramət Böyükçöl Rasim Balayevdən yazdı BİR DƏFƏ ÇAYXANADA MƏNƏ DEDİ Kİ…

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Saytlar Rasim Balayevin vaxtilə dərman almağa pul tapmadığından yazır. Birini də mən danışım. Demək, 2017-ci il idi. Prezident Rasim Balayevə fərdi təqaüd vermişdi. Mən onda Rasim müəllimdən müsahibə almışdım. Müsahibədə demişdi ki, prezidentin verdiyi təqüd mənim şəxsiyyətimi qoruyur. Mən də bu cümləni müsahibənin başlığa çıxarmışdım. Camaat rəylərdə yazırdı ki, Babək hara, Nəsimi hara, belə bir cümlə hara… Müsahibə gündəm olmuşdu.

Rasim müəllim mənə zəng elədi, təzədən görüşüb Kinostudiyanın həyətindəki çayxanada oturduq. Mənə dedi, bala, o qədər olub ki, bu çayxanada çay içmək üçün 3 manat pul tapmamışam. Üç manata görə elə adamlara ağız açımışam, mənə kömək etməyiblər. Mən belə şeylərə görə deyirəm ki, prezidentin verdiyi təqaüd mənim şəxsiyyətimi qoruyur.

Allah rəhmət eləsin Rasim müəllimə. Yazıq kişi ölənə kimi heç kimə başa sala bilmədi ki, mən Babək deyiləm, aktyor Rasim Balayevəm.

Kəramət Böyükçöl

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
icma.az

1Sources