EN

Messi Zambiyaya qarşı meydana çıxacaq

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Messi Zambiyaya qarşı meydana çıxacaq

Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz hücumçu Lionel Messinin Zambiyaya qarşı keçiriləcək yoldaşlıq görüşündə iştirak edəcəyini təsdiqləyib.

QOL.az xəbər verir ki, ESPN nəşrinin məlumatına görə, Mavritaniya ilə sonuncu yoldaşlıq oyununda (2:1) ikinci hissədə meydana daxil olan Messi və komanda yoldaşları nümayiş olunan futbolun keyfiyyətindən narazı qalıb.

Skaloni futbolçuların öz tənqidi yanaşmalarını müsbət qiymətləndirib: 

"Oyunun uğursuz alındığını anlamaları yaxşı əlamətdir. Son matçda biz komanda kimi çıxış edə bilmədik. Futbolçularımız ağıllıdırlar və bunu başa düşürlər. Bu, harada olduğumuzu qiymətləndirmək üçün yaxşı fürsətdir. Ümid edirik ki, həmin oyun sadəcə bir istisna idi".

Xatırıadaq ki, Argentina - Zambiya qarşılaşması aprelin 1-də baş tutacaq.

Qeyd edək ki, Argentina yığması DÇ-2026-nın J qrupunda Əlcəzair, Avstriya və İordaniya milliləri ilə qarşılaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
2
qol.az

3Sources