Bakı. Trend:
Səudiyyə Ərəbistanı sahillərində Fars körfəzində konteynergəmisinə atəş açılıb.
Trend-inməlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Qüvvələrinin DənizTicarət Koordinasiya Mərkəzinin (UKMTO) açıqlamasındabildirilib.
"UKMTO şirkətinin təhlükəsizlik üzrə zabiti SəudiyyəƏrəbistanının Ras-Tanura şəhərindən 22 dəniz mili şimal-şərqdə başverən bir hadisə barədə məlumat alıb. Konteyner gəmisinin zabititəxminən bir saatlıq ara ilə gəminin yaxınlığında iki naməlummərminin düşdüyünü bildirdi", - deyə qeyd olunub.
Bildirilib ki, gəmi həyəti xəsarət almayıb, araşdırmaaparılır.