EN

Bombardman altında diplomatiya və ordu necə işləyir? – İrandan kritik açıqlama

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ölkənin mövcud vəziyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, o bildirib ki, İran diplomatiyası ilə silahlı qüvvələr tam koordinasiyada fəaliyyət göstərir və ölkənin müdafiəsi üçün vahid mövqe sərgilənir.

Sözçünün sözlərinə görə, müharibə və sülh məsələləri İran İslam Respublikasının Konstitusiyasına uyğun şəkildə müəyyən olunur və bu istiqamətdə qərarlar yalnız səlahiyyətli qurumlar tərəfindən qəbul edilir.

İsmayıl Bəqai vurğulayıb ki, ABŞ və İsrailin hücumlarını artırdığı, ölkənin infrastrukturuna, elmi və təhsil obyektlərinə zərbələr endirdiyi bir şəraitdə əsas prioritetin ölkənin ərazi bütövlüyünün qorunmasıdır.

O əlavə edib ki, diplomatik qurumlar region ölkələri, digər dövlətlər və beynəlxalq təşkilatlarla fəal təmaslar quraraq müharibənin real mənzərəsini dünyaya çatdırmağa çalışır.

Sonda qeyd olunub ki, Xarici İşlər Nazirliyinə həvalə olunan digər vəzifələr də zərurət yarandıqda müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə yerinə yetiriləcək.

Musavat.com

Chosen
59
musavat.com

1Sources