EN

Klubu ilə yenidən anlaşdı

Niko Şlotterbek Dortmund “Borussiya”sında qalmağa qərar verib.

"Football-plus.az" xəbər verir ki, tanınmış jurnalist Florian Plettenberqin yaydığı məlumata görə, klub rəhbərliyi 26 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilənin bütün detalları barədə razılığa gəlib. Yeni sözləşməyə əsasən, Şlotterbek komandanın ən yüksək ödənişli futbolçusu olacaq. Həmçinin müqavilədə 2027-ci ildən qüvvəyə minəcək xüsusi sərbəstqalma məbləği bəndi də nəzərdə tutulacaq.

Niko 2022-ci ildə “Frayburq”dan 20 milyon avroya transfer edilib. O, cari mövsümdə Dortmund klubunun heyətində 30 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Chosen
65
football-plus.az

1Sources