Toyuq yumurtalarının əsas təhlükəsi onların qabığındadır.
Moderator.az Medicina.az-a istinadən xəbər verir ki, dietoloq Lyudmila Mikityuk sözlərinə görə, göbələk əmələ gətirən bakteriyalar qabığın səthində yaşaya və sağlamlıq üçün təhlükə yarada bilər.
"Salmonella dondurulduqda təsirlənmir; onlar davamlıdırlar, lakin qaynadıldıqda ölürlər. Salmonella kran suyunda dörd-beş aya, tozda altı aya və yumurtanın səthində 24 günə qədər yaşaya bilər".
Mütəxəssis qeyd etdi ki, salmonella insan mədə-bağırsaq traktına qida, su və ya çirklənmiş əllər vasitəsilə daxil olur.
Onlar mədənin turşu baryerini asanlıqla aşır və xəstəliyin inkişaf etdiyi nazik bağırsağa yerləşə bilirlər.