EN

29 yaşlı qadın çaya ərə getdi


Böyük Britaniyalı qadın üç ildir ki, təmiz su uğrunda mübarizə apararkən aşiq olduğu Avon çayı ilə evlənib.

Medicina.az xəbər verir ki, 29 yaşlı ictimai fəal Meq Avon 17 iyun 2023-cü ildə İngiltərənin cənub-qərbində bir çayla evlənib.

Mərasim simvolik idi: o, çirklənmə probleminə diqqət çəkmək və çayın canlı varlıq kimi hüquqi statusunu almaq istəyirdi. Üç il sonra Meq deyir ki, oAvon çayı "bir-birlərinə çox aşiq və sadiqdirlər”.


Meq müntəzəm olaraq Avonda üzməklə bunu bir daha təsdiqləyir.

"Mən hər həftə çayda üzməyə vaxt tapıram - hətta qışda, xüsusilə dolu olanda. Amma mən işimə sadiqəm” – deyə o, evliliklərinin təfərrüatlarını bölüşüb.

Meq çayla əlaqə qurmağın yeni yollarını tapır, onun müxtəlif nöqtələrində bədii və ətraf mühit icmalarının nümayəndələri ilə görüşür.

"Mən çayı obyekt hesab etmirəm. Düşünürəm ki, bu, hər hansı digər canlı kimi hüquqlara layiq olan real bir varlıqdır. Qanuni olaraq, çay hələ də obyekt hesab olunur, hüquqları olan subyekt deyil, ona görə də qanuni olaraq bir obyektlə evlənə bilməzsiniz. Amma çay üçün bu hüquqlara nail olsaq, ümid edirəm ki, andlarımızı yeniləyə və qanuni olaraq evlənə bilərəm."


Aygün Musayeva


Chosen
14
medicina.az

1Sources