EN

Ermənistanda siyasi düşərgələr arasında fərqli yanaşmalar: Paşinyan və Koçaryan xətti TƏHLİL » AzadMedia.az

Ermənistanda


Ermənistanda daxili siyasi mübarizə fonunda Baş nazir Nikol Paşinyan ilə keçmiş prezident Robert Koçaryan arasında ideoloji fərqlər daha qabarıq şəkildə üzə çıxır.

Siyasi ekspert Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyanın ətrafında əsasən yerli ermənilər cəmləşib və bu qrup daha müasir, intellektual yanaşma nümayiş etdirir, eləcə də Azərbaycanla sülh gündəliyinə daha açıqdır. Ekspert qeyd edir ki, Koçaryanın ətrafında isə əsasən Qarabağdan olan ermənilər yer alır və onlar daha çox aqressiv, revanşist mövqeləri ilə seçilirlər.

Əsədullazadə bildirir ki, Koçaryanın seçki kampaniyasına “Artsaxın birinci prezidenti” və Ermənistanın ikinci prezidenti kimi başlaması onun Qarabağ məsələsini yenidən gündəmə gətirmək niyyətindən xəbər verir. Bu yanaşma isə regionda sülh prosesinə təsir edə biləcək amil kimi qiymətləndirilir.

Ekspertin sözlərinə görə, Paşinyan son çıxışlarında Koçaryanın Qarabağdan olduğunu vurğulayaraq onun legitimliyini sual altına alıb. O, həmçinin birinci və ikinci Qarabağ müharibəsində iştirak edən şəxslərin imtiyazlarının ləğvinə maraq göstərir və bu müharibələri Ermənistanın müstəqilliyinə zərbə kimi dəyərləndirir.

Qarşıdan gələn seçkilərlə bağlı proqnoz verən Əsədullazadə hesab edir ki, Paşinyan Koçaryan üzərində üstünlük əldə edə bilər. Onun fikrincə, Koçaryanın əsas diqqəti yenidən Qarabağ məsələsinə yönəltməsi və sülh sənədlərinə yenidən baxılması ilə bağlı bəyanatları seçicilərin dəstəyini zəiflədə bilər.

Ekspert əlavə edir ki, hazırda Ermənistan cəmiyyətində əsas prioritet sülh və rifahdır. Bu baxımdan, seçicilərin böyük hissəsi regionda sabitlik və iqtisadi inkişaf vəd edən siyasi kursa üstünlük verə bilər.

Məhəmməd Əsədullazadə hesab edir ki, Paşinyanın təqdim etdiyi siyasi xətt Azərbaycanla sülh və Qarabağ məsələsindən imtina üzərində qurulub və bu yanaşma seçkilərin nəticəsinə ciddi təsir göstərə bilər.

Chosen
51
1
azadmedia.az

2Sources