EN

İsrailin ən gizli bazasında İran casusu aşkarlanıb

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumların 31-ci günündə İsraildə casusluq qalmaqalı üzə çıxıb. 

Məlumata görə, Nəcəf səhrasında yerləşən Uvda Hava Bazasında xidmət edən bir şəxsin İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyi müəyyən edilib.

Qeyd olunur ki, İsrail vətəndaşı Ali Qabar “Telegram” vasitəsilə İran kəşfiyyatı ilə əlaqə qurub.

Qabar bazadakı çıxış marşrutlarını, hərbçilərin yataqxanalarını və gizli obyektləri saniyə-saniyə videoya çəkərək Tehrana ötürüb.

Məlumatda bildirilir ki, o, bu fəaliyyətinə görə “PayPal” və digər rəqəmsal pul kisələri vasitəsilə cəmi bir neçə yüz dollar məbləğində ödəniş alıb.

Prokurorluq qeyd edib ki, 23 yaşlı Ali Qabar əlaqə saxladığı şəxslərin iranlı olduğundan şübhələnsə də, fəaliyyətini davam etdirib.

Onun barəsində İran kəşfiyyatı ilə əməkdaşlıq, hərbi obyektə aid məlumatları ötürmə və bu fəaliyyət müqabilində pul alma ittihamları ilə cinayət işi açılıb.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
azpolitika.info

1Sources